`ASAN xidmət` həmin gün işləməyəcək


01:22     24 Sentyabr 2016 asan%20logo%20090713%20(1)8.jpg

26 sentyabr Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə keçiriləcək ümumxalq səsverməsi – referendumla əlaqədar həmin gün “ASAN xidmət” mərkəzlərində qeyri-iş günü olacaq.


Bu barədə Femida.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildirilib.
Məlumata görə, vətəndaşlar sentyabrın 26-da “ASAN xidmət” mərkəzlərinə müraciət edərək yalnız şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətindən yararlana biləcəklər. Sentyabrın 27-dən isə bütün xidmətlər göstəriləcək.

Açar sözlər:

Oxunub: 917